“Reges Zavodu Tbilisi sərgisində diqqət mərkəzində”
17–19 aprel 2026-cı il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən ExpoGeorgia Exhibition Center sərgi mərkəzində keçirilən Caucasus Build – International Exhibition of Building Materials beynəlxalq sərgisində “Reges Tikinti Materialları Zavodu” uğurla təmsil olunur.
Sərgi çərçivəsində Zavod tərəfindən istehsal edilən yüksək keyfiyyətli tikinti materialları xüsusi hazırlanmış açıq və qapalı ekspozisiya sahələrində geniş şəkildə nümayiş etdirilir. Nümayiş olunan məhsulların texniki göstəriciləri, dayanıqlılıq parametrləri, müasir tikinti standartlarına uyğunluğu, eləcə də innovativ istehsal texnologiyalarının üstünlükləri ziyarətçilərə ətraflı şəkildə təqdim edilir. Bununla yanaşı, məhsulların müxtəlif iqlim şəraitində tətbiq imkanları və real layihələrdə istifadə təcrübəsi üzrə praktiki məlumatlar da iştirakçılarla paylaşılır.