Regionun mühüm sənaye strukturlarından biridir və Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ən iri investisiya layihəsidir.
REGES Sement 2012-ci ildə fəaliyyətə başlamışdır.
REGES Sement istehsala başladıqdan sonra qısa müddətdə sement bazarında əhəmiyyətli yer tutmuşdur.
Şirkətin əsas məqsədi inkişaf yönümlü,müştəri məmnuniyyətinə əsaslanan,ekoloji baxımdan təmiz və yüksək keyfiyyətli məhsulların istehsalıdır. Müəssisəmizdə Avropa standartlarının tələblərinə tam cavab verən CE işarəsinə və TSE, AZE sertifikatlarına sahib M300, M400 və M500 markalı sementlər istehsal olunur.
Sement istehsalında istifadə olunan bütün xammal növləri və qatqılar Muxtar Respublikada yerləşən mədənlərdən əldə edilir.
Zavod illik 300000 ton klinker və 400000 ton sement istehsalı ilə Muxtar Respublikanın sement tələbatını tam şəkildə ödəyir və qonşu regionlarda “Naxçıvan Sement” brendi adı altında satış həyata keçirir.Regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsində əhəmiyyətli rol oynayır.