REGES Tikinti Materialları Zavodunda maarifləndirmə tədbiri keçirilib
REGES Tikinti Materialları Zavodunda maarifləndirmə tədbiri keçirilib
İşçilərin təhlükəsizliyi və fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması məqsədilə REGES Tikinti Materialları Zavodunda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, zəlzələ zamanı düzgün hərəkət, təxliyə prinsipləri, qaz cihazlarından təhlükəsiz istifadə və dəm qazı təhlükəsindən qorunma yolları barədə əməkdaşlara ətraflı məlumat verilib.
Təhlükəsiz iş mühiti yalnız müasir istehsalla deyil, həm də bilikli və hazırlıqlı kollektivlə formalaşır. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin davamlı təşkili müəssisəmizin əsas prioritetlərindəndir.