“Caspian Energy Club”un Qarabağ Biznes Turu Çərçivəsində REGES Tikinti Materialları Zavodunun Rəhbər
13 may 2026-cı il tarixində “Caspian Energy Club” tərəfindən təşkil olunan Qarabağ biznes turu çərçivəsində Xankəndi şəhərində keçirilən forumda REGES Tikinti Materialları Zavodunun rəhbər heyəti iştirak etmişdir. Forumda Xankəndi şəhəri üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Qarabağ Universitetinin rektoru və Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən regionun inkişaf istiqamətləri, iqtisadi potensialı və biznes mühiti ilə bağlı çıxışlar təqdim olunmuşdur. Tədbir çərçivəsində Qarabağ bölgəsində həyata keçirilən iqtisadi layihələr və investisiya imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Səfər çərçivəsində həmçinin Ağdam Sənaye Parkı və Xocalı şəhərində fəaliyyət göstərən istehsal müəssisələrinə tanışlıq məqsədli ziyarətlər həyata keçirilmişdir. Burada sənaye və istehsal sahəsində aparılan işlər, tətbiq olunan müasir texnologiyalar və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat əldə edilmişdir. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və sənayeləşmə proseslərinin regionun iqtisadi inkişafına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verdiyi qeyd olunmuşdur.