“Tbilisi sərgisində Reges-in peşəkarlığı rəsmi olaraq təsdiqləndi”
17–19 aprel 2026-cı il tarixlərində Tbilisi şəhərində keçirilən Caucasus Build – International Exhibition of Building Materials beynəlxalq sərgisinin sonuncu günündə “Reges Tikinti Materialları Zavodu”nun sərgidəki uğurlu iştirakı yüksək qiymətləndirilərək müəssisəyə sertifikat təqdim olunmuşdur.
Bu təltif Zavodun beynəlxalq sərgi çərçivəsində nümayiş etdirdiyi peşəkarlığın və məhsullarının yüksək keyfiyyətinin göstəricisi kimi dəyərləndirilir.