Sement sənayesində dekarbonizasiya: Reges Sement strateji yanaşmasını təqdim etdi!
Ötən həftə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi cənab Muxtar Babayev Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının üzvlərinin nümayəndələri ilə görüş keçirmişdir.
Görüş zamanı sement sənayesində dekarbonizasiya istiqamətləri, eləcə də ölkənin iqlim hədəflərinin həyata keçirilməsinin dəstəklənməsi məqsədilə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
“Reges Sement” olaraq, biz də görüş çərçivəsində dekarbonizasiya sahəsində həyata keçirdiyimiz tədbirlərdən və qarşıya qoyduğumuz strateji məqsədlərdən bəhs etdik.